Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK)
tərəfindən VK-nın “Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev
küçəsi, 77 ünvanında yerləşən inzibati binasının mebel təchizatı ilə əlaqədar
mebel avadanlıqlarının və quraşdırma işləri”nin satınalınması üzrə açıq tender
(satınalma) elan edilir.
TENDER
ELANI
I.Satınalma (tender) predmetinin adı: “Bakı
şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən
inzibati binanın mebel təchizatı ilə əlaqədar mebel avadanlıqlarının və quraşdırma
işlərinin satınalınması
Malların (mebel avadanlıqlarının) yerləşdirilməsi
nəzərdə tutulan ünvan və obyekt: Bakı şəhəri, Nərimanov rayonu, Zaur
Nudirəliyev küçəsi, 77 ünvanında Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasına ayrılmış inzibati bina.
Təchizatçılara təklif edilir ki, əgər bu
tender elanında və tender elanının şərtlər toplusunda sadalanmış şərtlər onlara
uyğundursa, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat
qapalı zərflərdə yazılı surətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin
Aparatına (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100)
təqdim etsinlər. Müqavilənin icrasını təmin etmək üçün təchizatçılar lazımi
maliyyə, işçi qüvvəsinə və texniki imkanlara malik olmalıdırlar.
II.Satınalma (tender) üzrə maliyyə mənbəyi
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vəkillər Kollegiyası
qeyri-dövlət, müstəqil, özünü idarə edən, vahid və bütün vəkillərin daxil
olduğu qeyri-kommersiya hüquqi şəxsdir. Satınalma Vəkillər Kollegiyasının vəsaiti
hesabına həyata keçiriləcəkdir.
III.İştirak haqqı və onun ödənilməsi
Tenderdə iştirak etmək istəyən təchizatçılar iştirak
haqqını tam məbləğdə aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin
əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli
küçəsi 100 ünvanından kağız daşıyıcıda və ya elektron formada ala
bilərlər.
İştirak haqqının məbləği 800 (səkkiz yüz) manatdır.
İştirak haqqı ödənildikdən sonra heç bir halda
təchizatçıya geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan
təşkilatın bank rekvizitləri aşağıdakı kimidir:
Satınalan təşkilat: Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası
Hesab:AZ56IBAZ38090019449331108204
Təşkilatın VOEN-i:1400546811
Bank: “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin
Mərkəzi filialı
Kod:805722
Bankın VOEN-i: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T BİK: IBAZAZ2X
IV.Təqdim olunmalı sənədlər barədə
Təchizatçılar tenderdə iştirak etmək üçün aşağıdakı
sənədləri təqdim etməlidirlər:
1) Tender
prosedurunda iştirak etmək üçün yazılı müraciət (müraciətdə təchizatçının tam adı,
hüquqi statusu, hüquqi və faktiki ünvanı, qeydiyyata alındığı ölkə barədə
məlumatlar qeyd olunmalı, habelə müraciət səlahiyyətli şəxs tərəfindən
imzalanmalı və möhürlənməlidir);
2) Tenderdə
iştirak haqqının ödənilməsi barədə bank sənədi (sənədin üzərinə bankın ştampı və ya möhürü
vurulmalıdır);
3)
Təchizatçının rekvizitləri (sənədin
üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);
4)
Təchizatçının vergi orqanında qeydiyyata alınmasına dair və təsisçilərinin
adları əks olunan dövlət reyestrindən çıxarışının, habelə
nizamnaməsinin (hüquqi şəxslər üçün); əgər təsisçi direktor
deyilsə, direktorun təyin edilməsi barədə əmrin və əmək müqaviləsinin və
vergi uçotunda olduğunu təsdiq edən sənədin (VÖEN-nin) surəti (bütün sənədlər notarial qaydada, bu tender elanından sonrakı
tarixdə təsdiq edilməlidir, əmrin surətinin notarial qaydada təsdiqinə zərurət
yoxdur);
5) Təchizatçının
hazırkı tenderin predmetinə uyğun gələn işlərin həyata keçirilməsinə dair malik
olduğu müvafiq sertifikatın (sertifikatların) notarial qaydada, bu tender
elanından sonrakı tarixdə təsdiq olunmuş surətləri;
6)
Təchizatçı barəsində son bir il ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətin) yerinə yetirilməsinə
cəlb edilməsinə görə maliyyə
sanksiyasının tətbiq edilməməsi barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından
cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalıdır və notarial qaydada,
bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);
7) Son bir
il ərzində iki dəfə və ya daha çox Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada
əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən
fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsinə görə inzibati cərimənin
tətbiq edilməsi halının mövcud olmaması barədə Arayış (Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən alınmalıdır);
8)
Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakdan (avadanlıqlardan) sərbəst
və məhduddiyyətsiz istifadə etmək imkanının olması barədə Arayış (Arayışda əmlakın (avadanlıqların) siyahısı
göstərilməli, Arayış təhcizatçı tərəfindən tərtib edilməli, möhürlənməli və
imzalanmalıdır);
9)
Təchizatçının borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsinə
dair Arayış və Təchizatçı qismində çıxış edən hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti
üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsinə dair Arayış (Arayışlar Ədliyyə Nazirliyinin
müvafiq qurumlarından əldə olunmalıdır);
10)
Təchizatçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə vergi ödəyicisinin Vergi Məcəlləsi ilə
müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının
mövcud olmaması barədə Arayış (Arayış
və ya məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı
tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından
sonrakı tarixdə təsdiq olunmalıdır);
11)
Təchizatçının nizamnamə kapitalının girovda olmaması, üzərinə həbs qoyulmaması
və digər qaydada yüklü olmaması, müflis elan edilməməsi, ləğvetmə prosesində
olmaması, həmçinin barəsində məhkəmənin yekun qərarı ilə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə
cinayət-hüquqi tədbirin tətbiq edilməsi ilə bağlı kommerisa hüquqi şəxslərin
dövlət reyestrində hər hansı məlumatın olmaması barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından
cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada,
bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);
12)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində direktorun,
təsisçilərin və işçilərinin peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri
ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq
peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
barədə cari tarixə (tender elanından sonrakı tarixə) Arayış (Təchizatçı direktor, təsisçilər və ən azı 15 işçi
ilə bağlı Arayışları ASAN Xidmət Mərkəzlərindən əldə edə bilər,
həmin Arayışların əsli Vəkillər Kollegiyasına təqdim
edilməlidir);
13)
Təchizatçının müvafiq sahibkarlıq subyekti olması barədə sənəd (iddiaçı bu barədə məktubu cari tarixə
(2026-cı ildə alınan) Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən almalı və
məktubun əslini, əsli olmadıqda notarial qaydada, bu tender
elanından sonrakı tarixdə təsdiq edilmiş surətini təqdim etməlidir);
14)
Təchizatçının son bir il ərzindəki (01.10.2025-ci il tarixdən 01.10.2026-cı il
tarixədək olan dövr üzrə) maliyyə vəziyyəti haqqında bank çıxarışı (üzərinə bankın ştampı və ya möhürü
vurulmuş bank çıxarışı, bank çıxarışı çoxsəhifəli olduqda isə onun hər bir
səhifəsinin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);
15) Təchizatçının
2025-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən
təqdim olunmuş maliyyə hesabatlarının (bəyannamələrinin) surətləri (bəyannamələrin surəti notarial qaydada,
bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);
16)
Təchizatçının vəkillik sahəsi və hüquq-mühafizə sahəsi üzrə mebel
avadanlıqlarının satınalma qaydasında təhvil-təslimi ilə əlaqədar kifayət
qədər təcrübəyə malik olmasını təsdiq edən sənədlərin surəti (iddiaçı
sübut üçün ayrı-ayrı təşkilatlarla bağladığı satınalma müqavilələrinin
surətini təqdim etməlidir, tərəflərin kommersiya sirrinin qorunması məqsədilə
həmin müqavilələrdə qiymət hissələri çıxarıla (göstərilməyə)bilər);
17)
Təchizatçının ümumilikdə ən azı 15 il staja malik olması;
18)
Təchizatçının işçi qüvvəsinə malik olması barədə sənədlər və işçilərin xüsusi
texniki və idarəetmə təcrübəsi barədə məlumatlar (ən azı 15 işçi barədə
əmək müqavilələrinin surəti və təchizatçı tərəfindən həmin işçi qüvvəsi ilə
bağlı tərtib olunmuş arayışlar təqdim
olunmalıdır);
19) Tenderin
əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
Sənədlər Azərbaycan dilində 1 nüsxədə qapalı və
möhürlənmiş zərfdə təqdim edilməlidir (xarici dildə
olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və həmin tərcümə
notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq
edilməlidir).
V.Təchizatçının
və onun hər hansı işçi qüvvəsinin Maliyyə
Monitorinqi Xidmətinin rəsmi internet səhifəsindən keçid edilməklə
(http://hms.gov.az/) “hədəfli maliyyə sanksiyaları” axtarış bölməsi vasitəsilə aşkar olunan şəxslər sırasında, habelə təchizatçının hər hansı işçisinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Mülkiyyət
əleyhinə olan cinayətlər” hissəsində (Oğurluq, Dələduzluq, Mənimsəmə
və ya israf etmə, Soyğunçuluq, Quldurluq, Hədə-qorxu ilə tələb etmə, Xüsusi dəyəri
olan əşyaları talama, Əmlakı qəsdən məhv etmə və ya zədələmə, Əmlakı
ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) müəyyən
edilmiş, həmçinin Cinayət Məcəlləsinin 213-cü (Vergiləri, işsizlikdən
sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta
haqlarını ödəməkdən yayınma) maddəsi ilə müəyyən edilmiş cinayətlərə görə
məhkumluğunun olmaması.
Təchizatçı bu barədə müvafiq Arayış tərtib etməklə,
imzalamalı və möhürləməlidir.
Tender təchizatçının və ya onun işçi qüvvəsindən hər
hansı şəxsin yuxarıda qeyd olunan “hədəfli
maliyyə sanksiyaları” axtarış
bölməsində aşkar olunması və ya yuxarıda göstərilən cinayətlər üzrə
məhkumluğu aşkar edildikdə, həmin təchizatçı dərhal tenderdən
kənarlaşdırılacaqdır.
VI.Sənədlərin təqdim edilməsi prosedurları və
zərflərin açılması
Təchizatçılar tərəfindən sənədlər ikiqat qapalı,
möhürlənmiş və imzalanmış zərfdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin
Aparatına təqdim olunmalıdır. Yazılı müraciətlər və digər müşayiət
məktubları qapalı zərflərə daxil edilmir və həmin müraciətlər (müşayiət
məktubları təchizatçılar tərəfindən qapalı zərfin üzərinə tikilir. Əks
təqdirdə, satınalan təşkilat bununla bağlı məsuliyyət daşımır.
Təchizatçılar bu Tender elanının IV hissəsinin 1-18-ci
bəndlərində göstərilən bütün sənədləri 13.11.2026-cı il saat 18:00-a qədər,
bu Tender elanının IV hissəsinin 19-cu bəndində göstərilən sənədləri isə 16.11.2026-cı
il saat 12:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli
küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına
təqdim etməlidirlər. Yuxarıda
göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təchizatçıların təklifləri 16.11.2026-cı il saat 15:00
tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında
yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatında Vəkillər
Kollegiyasının Satınalma Komissiyası tərəfindən açılacaqdır.
Zərflərin açılışı zamanı təchizatçıların səlahiyyətli
nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Səfərli Cəmilə Telman qızı,
Telefon: (012) 596-25-39;
Mobil: (050) 242-36-12;
E-mail: jamila.safarli@barassociation.az
Vəkillər Kollegiyasının Satınalma Komissiyası