100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir

19 October 2026    144 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.

Sentyabrın 27-də başlayan aksiya çərçivəsində vətəndaşlar müxtəlif ünvanlarda pulsuz hüquqi yardımla təmin olunur.

Belə ki, ötən həftə ərzində Bakı şəhəri 10, 11, 12, 13 və 14 saylı Vəkil Büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub.

Aksiyalar zamanı ümumilikdə 50-yə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.

Qeyd edək ki, bu həftə ərzində Bakı şəhəri 15, 16, 17, 18 və 19 saylı Vəkil bürolarında da pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Aksiya çərçivəsində aztəminatlı və sosial baxımdan həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardım xidmətlərindən yararlana bilərlər.