Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə islahatların davamlı aparılmasını zəruri edir.
Prezident İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə islahatların davamlılığı təmin edilmişdir. Fərmana uyğun olaraq cəza siyasəti humanistləşdirilməsi, yeni hakim ştatlarının yaradılması karantin şəraitində elektron xidmətlərin göstərilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqi genişləndirilmişdir.
Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd hakim kimi təyin olunmuşlar.
Sevindirici haldır ki, yeni təyin olunmuş 44 nəfər hakimlərdən aşağıda adı göstərilən 9 nəfəri Vəkillər Kollegiyasının üzvləri olmuşdur:
- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə
- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə
- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə
- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə
- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə
- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə
- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə
- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə
- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə
Qeyd etmək istərdik ki, indiyə kimi təyin olunmuş hakimlərin içərisində ümumilikdə 80 nəfəri Vəkillər Kollegiyasının üzvləri olmuşdur. Bu da cənab Prezidentin vəkilliyə və vəkillərə yüksək etimadının göstəricisidir.
Vəkillər Kollegiyası Rəyasət Heyəti bu münasibətlə hakimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.