100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

10 February 2021    2639 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı bəzi məsələlər müzakirə edilmişdir.

Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03.02.2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və Vətən Müharibəsində iştirak etmiş 9 vəkilin tibbi-sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi məsələlərinə baxılmış və müsbət qərar qəbul edilmişdir.

İclasda həmçinin, Vəkillər Kollegiyası və ELSA Azerbaijan-ın birgə layihəsi olan “Prodemos – Xalq üçün” layihəsinə hər ay maddi yardımın göstərilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilmişdir.

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.

Eyni zamanda, iclasda yeni Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılmış və müsbət qərar verilmişdir.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və fəaliyyətlərində fərqlənmiş vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.