100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər üçün cari təlimlərə start verildi

27 May 2021    1977 share share

26.05.2021-ci il tarixində  Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təşkilatçılığı ilə onlayn cari təlimlərə start verilmişdir.
 
Təlimin açılışında Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən baş ədliyyə müşaviri Elçin Xələfov iştirak etmişdir.
 
Mərkəzin direktoru Şahmar Məmmədov təlimi giriş sözü ilə açaraq Mərkəzin fəaliyyəti barədə qısa məlumat vermiş, vəkillik fəaliyyətində cari təlimlərin rolu və əhəmiyyəti barədə danışmışdır.
 
Açılış nitqi ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək təlimlərə start verilməsinin Vəkillər Kollegiyası üçün əlamətdar olduğunu, Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən gələcəkdə həyata keçiriləcək cari və davamlı tədris və digər layihələr barədə geniş məlumat vermiş və təlimdə iştirak edən vəkillərə uğurlar azulamışdır.
 
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən baş ədliyyə müşaviri Elçin Xələfov təlimlərin keçilməsinin vacibliyi haqqında danışaraq Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlığın zəruri olduğunu bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
 
Daha sonra “Prosessual sənədlər-çağdaş tələblər” mövzusunda vəkillərin iştirakı ilə Vəkillər Kollegiyasının üzvü Elmar Kərimov tərəfindən onlayn qaydada ilk təlim keçirilmişdir.