Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Biləsuvardan olan vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 29 vətəndaşa şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Qeyd etmək istərdik ki, pulsuz hüquqi yardım üçün müraciət edən şəxslərdən 6 nəfəri müharibə veteranı, 5 nəfəri isə şəhid ailəsi olmuşdur.
Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş Bakı çəhəri 2 saylı Vəkil Börosunun vəkilləri Rəna Məmmədova, Hafiz Ələsgərov, Nardanə Fərzəliyeva, Kamil Vəliyev və Anar Rüstəmov tərəfindən şəhid ailələri və qazilərimizin, həmçinin hüquqi yardıma ehtiyacı olan digər şəxslərin ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.