100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

İnzibati məhkəmə icraatının aktual problemlərinə həsr olunmuş növbəti onlayn müzakirə keçirilmişdir

28 June 2021    1188 share share

25.06.2021-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ali Məhkəmə tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.

Tədbirdə “İnzibati məhkəmə icraatında sübutların toplanması: tərəflərin və məhkəmənin üzərinə düşən vəzifələr” mövzusu üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yagubova təqdimatla çıxış etmişlər.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova izibati məhkəm icraatında vətənaşların hüquqlarının müdafiəsinin vacibliyi, sübutetmə yükü, məhkədə işlərib baxılma müddətləri haqqında fikir söyləmişdir. Daha sonra işin hallarının araşdırılması prinsipi, birinci və apelyasiya instansiyası məhkəmələrində bu prinsipin tətbiqi, sübutetmə yükü və inzibati icraatda onun bölüşdürülməsi ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.