100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Mediasiya Şurasının İdarə Heyətinin tərkibi formalaşdırılıb

02 July 2021    1919 share share

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları fonunda mübahisələrin alternativ həlli, o cümlədən məhkəmələrin iş yükünün azaldılmasında əsas vəsitələrdən biri olan mediasiya institutunun təşviqi ilə bağlı davamlı tədbirlər görülür.
Belə ki, təsisçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası çıxış etməklə, 12.02.2020-ci il tarixində “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilmiş, 16.02.2020-ci il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.  

Bu il iyunun 30-da isə, Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilmiş, iclasda bir sıra təşkilati məsələlərə baxılmış, qurumun rəhbər orqanına - Mediasiya Şurasının İdarə Heyətinə seçkilər keçirilərək onun yeni tərkibi müəyyən olunmuşdur.

Seçkinin nəticəsinə əsasən, KOBİA İdarə Heyətinin  sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının üzvü, "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun müdiri Yusif Allahverdiyev və Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əli Nəbiyev isə, İdarə Heyətinin üzvləri seçilmişlər.

Vəkillər Kollegiyasının həm həmtəsisçi qismində, həm də İdarə Heyətində təmsil olunması ilə bağlı məmnunluğumuzu bildirir, yeni seçilmiş İdarə Heyətini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.