100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

İnzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin növbəti sonuncu müzakirəsi keçirilmişdir

10 July 2021    1403 share share

09 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ali Məhkəməsi tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti - sonuncu müzakirəsi keçirilmişdir.

Tədbirdə “Məhkəmənin yardımetmə vəzifəsi və proses iştirakçılarının dinlənilmə hüququ” mövzusu üzrə Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayevə təqdimatla çıxış etmişlər.

Mərkəzinin direktor müavini Gülşən Salmanova  məhkəmənin hüquqi mübahisənin həlli zamanı tərəfləri dəstəkləməli olması, iddia ərizələrinin tərtibində, yanlış tərtib olunmuş iddia ərizələrinin düzəldilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında məhkəməninin yardımetmə vəzifəsi,  Dinlənilmə hüququnun təmin edilməsi, sübutların sərbəst qiymətləndirilməsi prinsipi haqqında təqdimatla çıxış etmişdir.

Daha sonra inzibati icraatda məhkəmənin yardımetmə vəzifəsinin məzmunu, həyata keçirilmə formaları və həddləri, dinləmə hüququnun mahiyyəti və həyata keçirilmə üsulları, yazılı icraatda dinlənilmə hüququ və s. məsələlərlə bağlı müzakirələr aparılmışdır.