Milli Məclisin deputatı Şahin Seyidzadənin təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Abşeron və Qobustan rayonlarının sakinlərinə pulsuz hüquqi yardım göstərilmişdir.
Belə ki, 23 iyul tarixində Qobustan rayonunda, 29 iyul tarixində isə Abşeron rayonunun Ceyranbatan, Qobu, Hökməli, Güzdək və Aşağı Güzdək qəsəbələrinin sakinləri ilə görüş təşkil olunmuşdur. Görüşlərdə Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Könül Məmmədova və Pərvanə Hüseynova tərəfindən 20-ə yaxın vətəndaşın mülki, əmək, sosial təminat və s. sahələri üzrə müraciətlərinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmişdir.