100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Goranboyda silahlı münaqişə zamanı zərərçəkən və aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilmişdir

01 August 2021    1656 share share

“ASAN Könüllüləri” Gənclər Təşkilatı və UNICEF tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsinin icrasına başlanılmış, o cümlədən aparılmış sorğuya əsasən, həmin zərərçəkənlərin hüquqi yardıma da ehtiyacları olduğu aşkarlanmışdır.
 
Bu səbəbdən, “ASAN Könüllüləri” tərəfindən Vəkillər Kollegiyasına müraciət olunmuş və həmin şəxslərə pulsuz hüquqi yardım göstərilməsi Kollegiya tərəfindən qərara alınmışdır. Layihə çərçivəsində bir sıra ərazilərdə zərərçəkən ailələrə hüquqi yardım göstərilmişdir.
 
Həmin layihənin davamı kimi 17 iyul 2021-ci il tarixində Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri  Goranboy rayonu Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində 10-dan çox silahlı münaqişə zamanı zərərçəkən və aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilmişdir.
 
  Qeyd etmək istərdik ki, layihə çərçivəsində göstərilən hüquqi yardımlar digər bölgələrdə də davam etməkdədir.