100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Rəyasət Heyətinin üzvü beynəlxalq konfransda iştirak etmişdir

10 November 2021    1300 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Elçin Usub 4-5 noyabr 2021-ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində "İnzibati hüquqda sübutlar və sübutetmə" mövzusunda keçirilən beynəlxalq konfransda Vəkillər Kollegiyasını təmsil etmişdir.
 
Ənənəvi olaraq ildə bir dəfə keçirilən konfrans Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ-in) dəstəyi, Kaspi Universiteti, Kaspi Universitetinin Publik Hüquq Elmi-Tədqiqat İnstitutu və Qazaxıstan Respublika Vəkillər Kollegiyası tərəfindən təşkil edilmişdir. Beynəlxalq konfransda iştirakçılıq hibrid qaydada mümkün olmuşdur.
 
Konfransda Elçin Usub “Azərbaycan inzibati məhkəmə icraatının praktikasında sübutlar və sübutetməyə dair normaların tətbiqinin aktual problemləri” mövzusunda çıxış etmişdir.
 
Qeyd etmək istərdik ki, tədbirdə 13 ölkənin nümayəndəsi iştirak edib. Çıxış edənlər arasında Almaniya Federativ Respublikasının müxtəlif federal torpaqlarının konstitusiya və ali inzibati məhkəmələrinin sədrləri və hakimləri, Avstriya Federal İnzibati Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi olmuşdur. Azərbaycandan olan nümayəndə heyətinə Azərbaycan Ali Məhkəməsi sədrinin müavini cənab Çingiz Əsgərov başçılıq etmişdir.
 
Konfransda həmçinin Qazaxıstan, Yunanıstan, Litva, Moldova, Rusiya, Türkmənistan, Özbəkistan, Ukrayna, Almaniyadan alimlər, hüquqşünaslar, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.