100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Bakı şəhəri 33 saylı Vəkil Bürosunun ofisinin açılışı olub

11 November 2021    3346 share share

Vəkillər Kollegiyasında qarşıdan gələn Konstitusiya günü münasibətilə keçirilən tədbirlər çərçivəsində 11.11.2021-ci il tarixində Kollegiyanın sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küç. 1058 ünvanında yerləşən 33 saylı Vəkil Bürosunun yeni ofisinin açılışı keçirilmişdir.

33 saylı Vəkil Bürosunun müdiri Elxan Süleymanlı məlumat verərək bildirib ki, 2 mərtəbədən ibarət olan büro 12 vəkil otağı, 1 konfidensial görüş otağı, sanitar qovşaq, mətbəxdən ibarət olmaqla hər cür mebellə təchiz olunmuş və vəkillərin fəaliyyəti üçün rahat, komfortlu şəraitə malikdir. Büroda vəkillərin vətəndaşlarla görüşü üçün hər cür şərait yaradılmışdır.

Anar Bağırov öz növbəsində yeni yaradılmış büronun ümumi şəraitini yüksək qiymətləndirmiş, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulamış, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat vermişdir.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.