100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası aztəminatlı şəxslər üçün pulsuz hüquqi yardım aksiyası keçirmişdir

15 November 2021    1289 share share

Vəkillər Kollegiyasında Konstitusiya günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 12 noyabr 2021-ci il tarixində Respublika üzrə fəaliyyət göstərən vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə aksiya keçirmişdir.

Bir çox vəkil qurumunun dəstək veridyi ümumrespublika aksiyası ərzindən müraciət edən aztəminatlı şəxslərə şifahi, yazılı hüquq məsləhətlər verilmiş, həmçinin bir sıra şəxslər üçün məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuş, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülmüşdür.

 
Bundan başqa, bir sıra vəkil qurumları tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə onlayn formada hüququ yardım xidmətləri də göstərilmişdir.
 
Həmçinin qeyd etmək istərdik ki, silsilə tədbirlər çərçivəsində Sabirabadda 15.11.2021-ci il tarixində  saat 10:00-16:00-a kimi pulsuz hüquqi yardım layihəsi həyata keçiriləcəkdir.

Aksiya ərzində çəkilmiş foto-şəkillər təqdim olunur: