100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərmişdir

21 November 2021    1550 share share

20.11.2021-ci il tarixində Vəkillər Kollegiyasının bir qrup vəkili Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində olmuşlar.
 
Vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilmişdir.