Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasının birlikdə həyata keçirdiyi cəzaçəkmə müəssisəsindəki məhkumlara ənənəvi ödənişsiz hüquqi yardım aksiyası davam edir.
28 dekabr "Vəkil günü" münasibətilə keçirilən aksiyaya Dövlət Gömrük Komitəsinin Akademiyasının 4-cü kurs könüllü tələbələri də qoşulmuşlar.
Vəkillər 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə müəssisəsində cəzaçəkən məhkumlara pulsuz hüquqi yardım göstərmiş, yetkinlik yaşına çatmayanları yeni il hədiyyələri ilə sevindirmişlər.
Pulsuz hüquqi yardım aksiyası qadın cəzaçəkmə müəssisəsində 50-dən çox qadın məhkumu, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində isə 15-dən çox məhkumu əhatə edib.
Aksiya çərçivəsində hüquqi məsləhətlə yanaşı, şikayətlərin tərtibi, məhkəmə və digər orqanlarda hüquqların müdafiəsi də təşkil olunub.