28 dekabr "Vəkil günü” peşə bayramı ərəfəsində, 25-26 dekabr tarixlərində Vəkillər Kollegiyası tərəfindən təşkil olunmuş “II Vəkil Şahmat” yarışması uğurla yekunlaşmışdır.
Yarışmanın keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarətdir.
Respublika üzrə yarışa 30 vəkil və vəkilliyə namizədlər qatılmışdır.
İki gün ərzində keçən yarışmanın nəticəsində vəkil Aydın Ələkbərov 1-ci, vəkil Elşən Səfərov 2-ci, vəkil Sənan Süleymanov 3-cü yeri tutmuşlar.