100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Vəkil günü" münasibətilə uşaq rəsm sərgi-müsabiqəsini elan edilir

27 December 2021    3250 share share

Azərbaycan Republikasının Vəkillər Kollegiyasının dəyərli dostları, Vəkillər Kollegiyası və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 28 dekabr –“Vəkil günü” münasibətilə  “Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsini elan edir.

İştirak üçün şərtlər aşağıdakı kimidir:

  • (6 - 10 yaş)(11-17 yaş) arası uşaqlar iki kateqoriya üzrə
  • Hər bir uşaq ən çox 2 rəsmlə / istənilən ölçüdə və seçim üsulu ilə - pastel, suluboya və ya tempera boyalar / iştirak edə bilər

Əsərlərin qəbulu üçün son tarix 10 mart 2022-ci ildir.

10-15 mart 2022-ci il tarixlərdə qaliblər müəyyən olunacaq və 17-18 mart tarixlərində sərgi keçiriləcək, iştirakçı rəssamların hər birinə sertifikatlar, qaliblərə isə həm sertifikatlar, həm də pul mükafatları təqdim olunacaqdır.

Hər bir rəsmin arxasında ad, soyad, yaş, yaşadığı şəhər, elektron poçt ünvanı, əlaqə telefonu, oxuduğu məktəb qeyd edilməli və işlər Azərbaycan Republikası Vəkillər Kollegiyasına (Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007) təqdim olunmalıdır.

Qiymətləndirmə iki yaş qrupunda aparılacaq:

  • 6-10 yaşa qədər (10 yaş daxil olmaqla);
  • 11 - 17 yaşa qədər (17 yaş daxil olmaqla).

Qeyd etmək istərdik ki, münsiflər heyəti anonimdir.

Uşaqların rəsmləri Azərbaycan Republikasının Vəkillər Kollegiyasının internet və Facebook səhifəsində paylaşılacaqdır, eləcə də onlardan ən gözəlləri Kollegiyanın binasında sərgilənəcəkdir.

Bütün iştirakçılara diplomlar veriləcək və hər bir kateqoriya üçün mükafatlandırılmış əsərlərə görə - birinci yer 500 azn, ikinci yer 300 azn, üçüncü yer 200 azn və həvəsləndirici 10 yerin hər birinin sahiblərinə 100 azn pul mükafatları təqdim olunacaqdır.

Əziz uşaqlar rəsmlərinizi səbirsizliklə gözləyirik!