100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Deputatın təşəbbüsü ilə ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

02 December 2021    767 share share

Milli Məclisin sədr müavini, hörmətli Adil Əliyevin təşəbbüsü ilə 02 dekabr 2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonunda şəhid ailələri, qazilər, habelə ərazidə yaşayan vətəndaşlar üçün xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə pulsuz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Vəkillər Kolegiyasının "Arbitrium" Vəkil Bürosunun 6 nəfər vəkili tərəfindən 45 nəfər vətəndaşımıza peşəkar hüquqi yardım göstərildi. Vətəndaşlarımızın müraciətləri ilə bağlı yerindəcə məhkəmələrə iddia ərizələri hazırlanmış, aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.
 
Habelə, vətəndaşları maraqlandıran müxtəlif suallarla bağlı hüquqi məsləhətlər verilməklə, onlara peşəkar hüquqi yardım göstərilmişdir.







 
​​​​​​​