100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

13 January 2022    1612 share share

13.01.2022-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
 
İclas həmçinin gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, üzvlük haqqından azad olunma və səhhəti ilə bağlı köməklik olunmasına dair Kollegiyaya müraciət etmiş vəkilə maddi yardım göstərilməsi ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
 
Sonra daha 2 yeni vəkil bürolarının təsis edilməsi ilə bağlı məsələyə baxılmış və büroların təsisi ilə bağlı müsbət rəy verilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.