100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Elan: Vəkillər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış təşkil olunacaq

24 January 2022    1945 share share

Hörmətli vəkillər!
 
Vəkillər Kollegiyasının üzvləri arasında intellektual oyunların təşviq edilməsi və vəkillərin intellektual bacarıqlarının nümayiş etdirilməsinə şərait yaradılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən “Nə? Harada? Nə zaman?” oyunu üzrə “I Vəkil Kuboku” təşkil olunacaqdır.
 
Yarışmada iştirak etmək istəyən 6 nəfərdən ibarət olacaq hər bir komandanın 30 yanvar 2022-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə öz heyətlərini qeydiyyatdan keçirmələri xahiş olunur:
 
Əlavə məlumat üçün aysha.abdelgadir@barassociation.az e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Karantin rejimi ilə bağlı qapalı məkanlarda say məhdudiyyətini nəzərə alaraq, qeydiyyatdan keçmiş ilk 20 komanda iştirak hüququ əldə edəcəkdir.
Qeyd: Yarışmada yalnız Vəkillər Kollegiyasının üzvləri iştirak edə bilərlər.
 
Hər komanda yalnız bir vəkil bürosunun üzvlərindən təşkil olunmalıdır. Bu qayda fərdi qaydada fəaliyyət göstərən vəkillər və üzvlərinin sayı 10 və daha aşağı olan bürolara tətbiq edilmir. Fərdi qaydada fəaliyyət göstərən vəkillər və üzvlərinin sayı 10 vəkildən az olan bürolar birləşərək komanda formalaşdıra bilərlər.
​​​​​​​