100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası "Honq Konq hüquq ili - 2022" təntənəli açılış mərasimində iştirak etmişdir

26 January 2022    1421 share share

25 yanvar 2022-ci il tarixində Honq Konq Hüquq Cəmiyyəti tərəfindən “Honq Konq hüquq ili -  2022” təntənəli açılış mərasimi keçirilmişdir.
 
Təntənəli açılış mərasimində Honq Konq Hüquq Cəmiyyətinin Prezidenti C.M.Chan, Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) Prezidenti Melissa K.Panq, Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) Prezidenti Sternford Moyo,  Beynəlxalq Vəkillər Birliyinin (UIA) Prezidenti Hervé Chemouli və Beynəlxalq Gənc Vəkillər Assosiasiyasının (AIJA) Prezidenti Anna Wyrzykowska çıxış etmişdirlər.
 
Tədbirdə pandemiya ilə bağlı hüquq cəmiyyətinin üzləşdiyi çağırışlar və onlara cavablar, mövcud məhdudiyyətlərlə əlaqədar müxtəlif ölkələrdə fəaliyyət göstərən vəkillərin qarşılaşdığı çətinliklər, o cümlədən peşəyə təsir edə biləcək potensial təhdidlərə hazırlığın və hüquqşünasların bu sahədə bir-birinə dəstək olmasının zərurəti müzakirə edilmişdir.
 
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın Aparatının əməkdaşı Ayşə Abdel Qadir iştirak etmişdirlər.