100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ölkədə hüquqşünas çatışmır, gənclər müstəntiq yox, vəkil olmaq istəyir - Vəkillər Kollegiyasının sədri (VİDEO)

27 January 2022    2672 share share

Azərbaycanda hər on min nəfərə neçə vəkil düşür? Vəkillərin sayı yetərlidirimi? Vətəndaşlar vəkillərin fəaliyyətindən razıdırmı? İnsanlar vəkillərin işində daha çox nədən narazı qalır? Son illər neçə vəkil vəkillik fəaliyyətindən məhrum edilib? Vəkil olmaq istəyənlərin sayı niyə durmadan artır? Bölgələrdə vəkil çatışmazlığı, insanların hüquqi məsləhətlərə əlçatanlığını təmin etmək üçün hansı addımlar atılacaq?
 
Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin bu suallarını Vəkillər Kollegiyasının sədri Anar Bağırov cavablandırıb.
 
A.Bağırov ölkəmizdəki vəkillik fəaliyyətinin hazırkı vəziyyətindən, gələcək hədəflərdən danışıb. Kollegiya sədri bildirib ki, bu gün Azərbaycanda hüquqşunasların sayı olduqca azdır. İstər dövlət orqanlarında, istər özəl sektorda hüquqşunaslara böyük ehtiyac var. A.Bağırov xüsusilə vurğulayıb ki, əvvəllər hüquq mühafizə orqanlarında çalışmaq istəyən gənc hüquqşunaslar indi daha çox vəkil olmağa can atır. Eyni zamanda bəzi dövlət qurumlarında çalışan hüquqşunaslar vəkil kimi fəaliyyət göstərməyə üstünlük verir.
 
Bu və digər məsələlər ətrafında aparılan maraqlı müzakirənin videoformatını təqdim edirik.