100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

27 January 2022    1803 share share

27.01.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda, ilk olaraq, son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilmişdir.
 
İclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi məsələsinə baxılmış və müraciətlər təmin edilmişdir.
 
Daha sonra, 2 yeni vəkil bürolarının təsis edilməsi ilə bağlı məsələyə baxılmış və büroların təsisi ilə bağlı müsbət rəy verilmişdir.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.

 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.