100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Kyoto Bəyannaməsinin tətbiqi” mövzusunda elektron tədris proqramı təşkil edilir

10 February 2022    1356 share share

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNC) tərəfindən “Kyoto Bəyannaməsinin tətbiqi” mövzusunda, ingilis dilində elektron tədris öyrənmə proqramı təqdim edilmişdir.
 
Sözügedən proqram, BMT çərçivəsində 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olmaq məqsədilə Cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi və hüququn aliliyinin təmin edilməsi üzrə Kyoto Bəyannaməsinin təqdimatı və tətbiqinin asanlaşdırılması məqsədi daşıyır.
 
Təlim proqramının müddəti 2.5 saatdır və 3 moduldan ibarətdir.
 
Vəkillər Kollegiyasının üzvləri proqrama aşağıdakı internet keçidi vasitəsilə qoşula bilərlər: https://golearn.unodc.org/lms/login/index.php