100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Sirius” vəkil bürosunun açılışı keçirilmişdir

10 February 2022    2457 share share

10.02.2022-ci il tarixində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 5 a ünvanında yerləşən “Sirius” Vəkil Bürosunun ofisinin açılışı keçirilmişdir.
 
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Turqay Hüseynov, Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmov, həmçinin vəkillər və hüquqşünas alimlər iştirak etmişlər.
 
Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən büronun müdiri “Sirius” Vəkil Bürosunun müdiri Sübhan Əliyev məlumat verərək bildirmişdir ki, büronun ümumi sahəsi 350 kv metr olmaqla 3 mərtəbədən ibarətdir. Büroda 5 ədəd geniş pəncərəli vəkil otağı, 1 konfidensial görüş otağı, 2 sanitar qovşağı, bir geniş mətbəx, bir konfrans otağından ibarət olmaqla hər cür mebellə təchiz olunmuşdur. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaranmışdır. Birinci mərtəbədə, 1 ədəd konfidensial (görüş otağı), arxiv otağı, ikinci mərtəbədə böyük foyedən ibarət olmaqla vəkillərin fəaliyyəti üçün tam təmirli və yararlı olan ümumi zal, eyni zamanda onların rahat fəaliyyət göstərməsi üçün şəhər telefonu və bütün otaqlara fiber optik internet kabelləri çəkilmişdir. Büroda vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün otaqlarımız müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub.
 
A.Bağırov öz növbəsində qeyd etmişdir ki, Azərbaycanda vəkilliyin inkişafı vəkilllərin sayının artırılmasında özünü biruzə verir. Müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar. Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur.
 
"Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb. Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik", - deyə A.Bağrov qeyd edib.
 
Daha sonra Kamal Cəfərov çıxış edərək Azərbaycanda son illər vəkillik sahəsində görülmüş işləri yüksək qiymətləndirib, müasir standartlara cavab verən vəkil bürolarının açılmasının vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında əhəmiyyətini vurğulayıb.
 
Çıxış edən Bəhruz Məhərrəmov qeyd etmişdir ki, təsisçilərindən biri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru Sübhan Əliyev olan “Sirius” Vəkil Bürosunun açılışını da məhz bu rakursdan qiymətləndirmək olar. Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırovla bərabər biz də, dəyərli həmkarım Kamal Cəfərovla birlikdə açılışda içtirak etdik, bina və yaradılan yüksək şəraitlə tanış olduq. Çox sadə bir reallıq var, əgər insanlar maraq göstərir, vəsait qoyursa, deməli ölkədə bu sahənin perspektivinə inanır. Gözləntilər də özünü doğruldur və artıq həyata keçirilən islahatların nəticəsində vəkilliyin çox nüfuzlu bir sahəyə çevrildiyinin şahidi olmaqdayıq.
 
B.Məhərrəmov yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliyini vurğulayıb: "Əminəm ki, çox dəyərli hüquqşunasların, ələxsus da alimlərin cəlb olunduğu bu büro böyük uğurlara imza atacaq. Bir daha həm özüm, həm də Kamal müəllimin adından dəvət üçün hörmətli Anar Bağırova və əziz Sübhan Əliyevə təşəkkür edir, “Sirius” Vəkil Bürosuna fəaliyyətində uğurlar diləyir, insan hüquq və azadlıqların müdafiəsində vəkillərimizə əzmkar olmağı arzu edirik".
 
Bundan başqa, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.