100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun yeni ofisinin açılışı keçirilmişdir

17 February 2022    2350 share share

17.02.2022-ci il tarixində Altes Plazada (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 507-511)  yerləşən "Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun yeni ofisinin açılışı keçirilmişdir.
 
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatı Nigar Arpadarai, həmçinin vəkillər və hüquqşünas alimlər iştirak etmişlər.
 
Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən büronun müdiri Yusif Allahverdiyev məlumat verərək bildirmişdir ki, büronun ümumi sahəsi 300 kv metr olmaqla 1 konfidensial görüş otağı, 2 sanitar qovşağı, bir mətbəx, bir konfrans otağından, o cümlədən müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir. Büroda vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaranmışdır.
 
A.Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və son illərdə Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir.
 
O, həmçinin qeyd etmişdir ki, Azərbaycanda vəkilliyin inkişafı vəkilllərin sayının artırılmasında özünü biruzə verir. Müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar. Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur.
 
Daha sonra deputat Nigar Arbadarai çıxış edərək qeyd etmişdir ki, “Azərbaycanda vəkilliklə bağlı vəziyyət müsbət istiqamətdə dəyişir. Belə ki, biz yeni vəkil bürolarının açılması, ölkəmizdə vəkillik institutunun inkişafının şahidi oluruq”.
 
O qeyd edib ki, çoxsaylı qadın vəkillərin vəkillik fəaliyyəti ilə məşğul olması sevindirici haldır: "Çünki mən həm Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, həm də bir qadın kimi Azərbaycan xanımlarının aktiv olmasını, eyni zamanda vəkillik sahəsində irəli getməsini görəndə çox sevinirəm. Belə bir stereotip vardı ki, vəkillik qadın işi deyil, qadınlar burada uğur qazana bilməz. Ancaq ildən-ilə qadın vəkillərin sayı artır".
 
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.