100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvləri üçün ixtisasartırma təlimləri keçirilib

25 February 2022    1243 share share

25 fevral tarixində Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” və “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları və edilən son dəyişikliklər” mövzularında distant formada ixtisasartırma kursu keçirilib.
 
Təlim proqramında nəzərdə tutulan mühazirə Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Nərgiz Murquzova və Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva tərəfindən tədris edilib.
 
İxtisasartırma kursunda təlimçilər tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin məqsədləri, sistemin tətbiqi barədə məlumat verilib, səhvən elektron kabinetə yüklənmiş sənədlərin qaytarılması və silinməsi, “Elekton məhkəmə” informasiya sisteminə qoşulmayan məhkəmələrin sistemə qoşulması, vəkilə etibarnamə vermədən sənədlərin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət müddətinin qısaldılması səbəblərinin, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları və  edilən son dəyişikliklər kontekstində müzakilər aparılmışdır.