Məlum olduğu kimi, ötən 4 il ərzində Vəkillər Kollegiyası təşəbbüsü ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları tərəfindən hüquqi yardıma ehtiyacı olan şəxslər üçün ödənişsiz hüquqi yardım göstərilməsi üzrə tədbirlər mütəmadi olaraq icra olunur.
Çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, o cümlədən Milli Məclisin deputatları da diqqət göstərərək, onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər tərəfindən bu hüquqi yardım xidmətləri daha geniş çərçivədə həyata keçirilməkdədir.
Həyata keçirilən tədbirlərin davamı olaraq, 5 mart tarixində Milli Məclisin sədri Sahibə xanım Qafarovanın, o cümlədən Milli Məclisin deputatları Kamran Bayramovun, Nurlan Həsənovun, Nizami Səfərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Gəncə və Şəmkir Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
Bununla əlaqədar Şəmkir, Şəmkir-Daşkəsən, Samux-Şəmkir və Şəmkir kənd seçki dairələrinin əhatə etdiyi ərazilərdə yaşayan aztəminatlı sakinlər hüquqi yardım aksiyası ilə bağlı Şəmkir rayon Heydər Əliyev Mərkəzinə yaxınlaşa bilərlər.
Tarix: 5 mart 2022-ci il, saat 14:00.
Məkan: Şəmkir rayon Heydər Əliyev Mərkəzi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5).
Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Vəkil Nurəngiz Qarayeva (tel.: 012 594 99 85, 050 710 06 06).