100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Avropa Şurasının Azərbaycan Ofisi ilə birgə “məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyini” mövzusunda 2 yarımgünlük təlim keçirilib.

13 March 2022    1266 share share

12 və 13 mart tarixlərində Vəkillər Kollegiyası Avropa Şurasının Azərbaycan Ofisi ilə əməkdaşlıq çərçivəsində vəkillər və azərbaycanlı gənc hüquqşünaslar üçün “məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyini” mövzusunda iki yarımgünlük onlayn təlim təşkil edilmişdir.

Təlimin açılışında Kollegiya sədri Anar Bağırov və AŞ-ın Azərbaycan Ofisinin rəhbəri Zoltan Hernyes iştirak etmişdir.

Açılış nitqi ilə çıxış edən ofis rəhbəri Zoltan Hernyes hər kəsi salamlayaraq, layihə barədə geniş məlumat vermişdir. Daha sonra sədr Anar Bağırov açılış nitqi ilə bağlı çıxışında Avropa Şurası ilə əlaqələrin ölkəmizin xarici siyasətindəki mühüm yerlərindən, AŞ ekspertlərinin bilavasitə iştirakı ilə qanunların hazırlanması ilə bağlı verilən töhfələrdən, AŞ-ın Bakı Ofisi tərəfindən ehtiyac duyulan sahələrdə səmərəli tədbirlərin təşkil edilməsindən, bu sahədə Kollegiya ilə olan əməkdaşlıq layihələrindən, AŞ-ın ali direktoratlıqlarının rəhbərlərinin müxtəlif illərdə ölkəmizə səfəri zamanı onların Kollegiyaya ziyarəti çərçivəsində keçirilmiş müzakirələrdən danışmış, o cümlədən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq 2019-2021 (PGG II) çərçivəsində AŞ və Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində vəkillik peşəsinin Avropa standartlarına uyğun olaraq gücləndirilməsi” regional layihəsinə Kollegiyanın müraciətinin qiymətləndirilərək, oraya rəsmi olaraq 16 fevral 2022-ci il tarixdə qoşulmasını və qarşıdakı fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bundan başqa, A.Bağırov qeyd etmişdir ki, AŞ-ın Azərbaycana dair Fəaliyyət Planının icrası istiqamətində Kollegiya tərəfindən Hüquqi Yardım və Tədris Mərkəzinin potensialı əhəmiyyətli dərəcədə artırılmış, ötən illər ərzində bu Mərkəz tərəfindən təşkil edilən çoxsaylı təlimlər, ixtisasartırma kursları, HELP proqramındakı uğurlar, iştirakçılar ilə bağlı statistika barədə geniş məlumat vermiş, həmçinin pulsuz hüquqi yardım aksiyalarından, hər il 25 oktyabr “Avropa Ədalət Günü” və 10 dekabr “İnsan Hüquqları Günü” respublika üzrə aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyalarından danışmışdır.
Digər tərəfdən, məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyi, həssas informasiya kateqoriyaları, şəxsi həyat ilə bağlı məlumatların növləri, şəxsə məxsus olan məlumatların əldə edilməsi, emalı və istifadəsi, onların məhdudlaşdırılması, sosial şəbəkələrin rolu, informasiya və fikir azadlığı, bu sahədə beynəlxalq təcrübə barədə fikirlərini bölüşmüşdür.
 
Təlim “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində vəkillərin və azərbaycanlı hüquşunasların məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyinə üzrə benəlxalq hüquqi standartlara dair bilik və məlumatlılığının artırılması məqsədi daşıyırdı.

Təlimçilər, milli və beynəlxalq ekspertlər tərəfindən müasir dövrdə şəxsi həyatın gizliliyi,  məlumatların mühafizəsinin beynəlxaq alətləri, şəxsli məlumatların istifadə dairəsi, məlumat subyektlərinin hüquqları kontekstində müzakilər aparılmışdır.

Təlimdə 23 nəfər Vəkillər Kollegiyasının üzvləri və gənc hüquqşünaslar iştirak etmişdir.