100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Deputatların təşəbbüsü ilə Şəkidə pulsuz hüquqi yardım aksiyası keçiriləcək

30 March 2022    1322 share share

Məlum olduğu kimi, ötən 4 il ərzində Vəkillər Kollegiyası təşəbbüsü ilə respublika üzrə mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunmaqdadır və çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, o cümlədən Milli Məclisin deputatları da diqqət göstərərək, onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər tərəfindən daha geniş çərçivədə həyata keçirilməkdədir.
 
Həyata keçirilən tədbirlərin davamı olaraq, 02 aprel tarixində Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, Vüqar İskəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Şəki Regional Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
 
Bununla əlaqədar Şəki seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər üçün aksiyanın məkan və zamanı aşağıda qeyd edilmişdir:
 
Tarix: 02 aprel 2022-ci il, saat 11:00;
 
Məkan: Şəki şəhər Heydər Əliyev Mərkəzi
 
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).
 
Qeyd etmək istərdik ki, bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.