100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Bir qrup deputatın təşəbbüsü ilə Şəkidə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

02 April 2022    1485 share share

Vəkillər Kollegiyası tərəfindən ötən 4 ildə aztəminatlı şəxslər üçün mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları son dönəmdə Milli Məclisin deputatlarının təşəbbüsləri əsasında daha böyük çərçivədə həyata keçirilməkdədir.

Bu aksiyaların davamı  olaraq bu gün Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, Vüqar İskəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Şəki şəhərində aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Şəki Regional Vəkil Bürosunun vəkilləri tərəfindən göstərilən ödənişsiz hüquq yardımda vətəndaşlar aktiv iştirak etmiş, bu aksiya zamanı ümumilikdə 55 nəfərə hüquqi yardım göstərilmiş, onlara şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin müvafiq yazılı ərizələr tərtib edilmişdir.

Müraciətlərin böyük hissəsi pensiya,  əlillik, vərəsəlik, şəhid statusu, veteran adı, torpaq mübahisələri, ailə mübahisələri, pul tələbi və s. ilə bağlı olmuşdur.

Vəkillər Kollegiyası tərəfindən mütəmadi olaraq bu cür tədbirlərin respublikanın digər regionlarında da təşkil olunması nəzərdə tutulur.





























​​​​​​​