100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir

16 April 2022    1572 share share

Məlum olduğu kimi Vəkillər Kollegiyası tərəfindən ötən 4 ildə aztəminatlı şəxslər üçün mütəmadi olaraq təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları son dönəmdə daha böyük çərçivədə həyata keçirilməkdədir. 16.04.2022-ci il tarixində Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Bakı şəhəri  Mərkəz Vəkil Bürosu tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında,  Bakı şəhəri  2 saylı Vəkil Bürosu tərəfindən 12 saylı Cəzaçəkmə Müəssisəsində,  Bakı şəhəri  3 saylı Vəkil Bürosu tərəfindən 8 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri  4 saylı Vəkil Bürosu tərəfindən 13 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı şəhəri  5 saylı Vəkil Bürosu tərəfindən 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlara ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Həmçinin, Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əhmədovanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən Salyan rayonunda, Milli Məclisin deputatı Sadiq Qurbanovun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri tərəfindən Siyəzən və Şabran rayonlarında, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Masallı rayon Vəkil Bürosu tərəfindən Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Ümumi aksiya çərçivəsində 45 vəkil tərəfindən 200-dən çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur. Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, səhiyyə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.