100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Növbəti genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

25 April 2022    1317 share share

23.04.2022-ci il tarixində Vəkillər Kollegiyanının təşəbbüsü ilə genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Milli Məclisin Sədrinin 1-ci müavini Əli Hüseynli, deputat Aydın Mirzəzadənin təşəbbüsləri ilə Mingəçevir şəhərində və Milli Məclisin sədrinin müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov və Elman Nəsirovun təşəbbüsləri ilə Cəlilabad rayonunda ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilmişdir.
 
Ümumi aksiya çərçivəsində Mingəçevir şəhər Vəkil Bürosunun 8 vəkili tərəfindən 15 vətəndaşa, Cəlilabad və Lənkəran rayon Vəkil Bürolarının 10 vəkili tərəfindən 38 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur. Müraciətlərin böyük hissəsi mülki, sosial təminat, ailə, səhiyyə, və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olmuşdur.