100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Növbəti ödənişsiz hüquqi yardım aksiyaları keçirilmişdir

30 April 2022    1643 share share

Həyata keçirilən ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq 29 aprel 2022-ci il tarixində Milli Məclisin deputatları Etibar Əliyev və Sevinc Fətəliyevanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhərı 9 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Suraxanı rayonunda və Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyi Penitensiyar Xidməti ilə əməkdaşlıq çərçivəsində  29 aprel 2022-ci il tarixində Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində növbəti ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilmişdir.
 
Aksiya çərçivəsində Suraxanı rayonunda Bakı şəhəri 9 saylı Vəkil Bürosunun 13 vəkili  tərəfindən tərəfindən 30 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Həmçinin, Vəkillər Kollegiyasının 6 üzvü VKRH Aparatının 1 əməkdaşı tərəfindən Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində 22 nəfər qadın və 9 nəfər yetkinlik yaşına çatmayan məhkum olmaqla cəmi 31 nəfər məhkuma ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Müraciət edən vətəndaşların problemləri əsasən inzibati, əmək, cinayət hüququ sahələrinə aid olmuşdur. Həmin vətəndaşların hər biri fərdi qaydada dinlənilərək onlara müvafiq hüquqi məsləhətlər verilmişdir. Bəzi vətəndaşlar üçün ərizlər yazılmışdır.