100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“15 İyun - Milli Qurtuluş günü” münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

13 June 2022    1332 share share

“15 İyun - Milli Qurtuluş günü” münasibəti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Milli Məclisin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 13 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Səməd Seyidovun təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Qazax rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Qazax rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Aksiya zamanı Qazax rayon Vəkil Bürosunun vəkilləri tərəfindən 12 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi aliment, torpaq və fərdi yaşayış sahəsinə mülkiyyəti təsdiq edən sənədin alınması, əlilliyin müəyyən edilməsi, işə bərpa edilməklə ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.