100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Nəsimi rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

22 June 2022    344 share share

Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 20 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Asim Mollazadə, Məlahət İbrahimqızı və Ziyad Səmədzadənin təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə "Fides" və Bakı şəhəri 14 saylı Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.
 
Aksiya zamanı "Fides" və Bakı şəhəri 14 saylı Vəkil Bürolarının 6 vəkili tərəfindən 17 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi aliment, əmlak, əlilliyin müəyyən edilməsi, Qeydiyyat və əmlakın bağışlanması məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.