100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərilmişdir

08 July 2022    1236 share share

Həyata keçirilən ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 08 iyul 2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün ödənişsiz hüquqi aksiyası keçirilmişdir. Hüquqi yardımlar "Prospekt" və "Alyans" Vəkil Bürolarının vəkilləri tərəfindən göstərilmişdir.
 
Aksiya zamanı "Prospekt" və "Alyans" Vəkil Bürolarının 4 vəkili tərəfindən 18 nəfər məhkuma ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar çavablandırılmış, cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmişdir.
 
Qeyd etmək istərdik ki, bu kimi tədbirlər müntəzəm olaraq keçiriləcəkdir.