100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

08 September 2022    1626 share share

08.09.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.
 
İclasda gündəliyə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, üzvlük haqqından azad olunma və səhhəti ilə bağlı köməklik olunmasına dair Kollegiyaya müraciət etmiş vəkillərə maddi yardım göstərilməsi ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
 
Həmçinin iclasda 2 yeni vəkil bürosunun təsis edilməsi ilə bağlı məsələyə baxılmış və büroların təsisi ilə bağlı müsbət rəy verilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.