100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər üçün növbəti icbari təlim keçirilmişdir

08 October 2022    1205 share share

Vəkillər üçün növbəti icbari təlim keçirilmişdir.
 
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 07 okryabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti icbari təlim keçirilmişdir.
 
“Qadınların ədalətə çıxışı” mövzusu üzrə təşkil edilmiş təlimdə vəkil Sevinc Əliyeva təlimçi qismində iştirak etmişdir.
 
İxtisasartırma təlimində təlimçi tərəfindən qadınlara qarşı ayrıseçkiliyə yol verilməməsi, qadınların ədalət mühakiməsinə çıxışını çətinləşdirən maneələrin aradan qaldırılması, qadın hüquqlarının müdafiəsi üçün vasitələrin müzakirəsi və müəyyən edilməsi, müvafiq beynəlxalq təcrübənin bölüşməsi, qadınların ədliyyəyə ədalətli və bərabər  çıxışının təmin edilməsi, Mühafizə orderinin verilməsi qaydası və s. məsələlər barədə müzakilər aparılmışdır.
 
Təlimdə 35 vəkil iştirak etmişdir.