100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Memorandum imzalanıb

12 October 2022    1342 share share

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.
 
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın qurulması, birgə fəaliyyətin təşkili istiqamətlərində görüləcək işlər barədə fikirlərini bölüşüb.
 
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək ictimai etimadın artırılması məqsədilə əlaqələrin genişləndirilməsinin önəmini, istehlakçıların hüquqlarının qorunmasının vəkillər üçün prioritet sahələrdən olduğunu qeyd edib.
 
Görüşdə Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında uzunmüddətli və effektiv əlaqələrin qurulması məqsədilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda birgə seminar, konfrans və təlimlərin təşkili, istehlakçı hüquqlarına dair maarifləndirici vəsaitlərin hazırlanması, korporativ sosial məsuliyyət layihələri çərçivəsində əməkdaşlıq məsələləri öz əksini tapıb.
 
Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib.
 
Sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında 50-dən çox vəkilin iştirakı ilə seminar keçirilib.