100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər üçün növbəti icbari təlim keçirilmişdir

17 October 2022    1072 share share

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 17 okryabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti icbari təlim keçirilmişdir.
 
“İşgəncələr əleyhinə beynəlxalq konvensiyalar” mövzusu üzrə təşkil edilmiş təlimdə Konstitusiya Məhkəməsinin hakimi, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin üzvü Ceyhun Qaracayev təlimçi qismində iştirak etmişdir.
 
İxtisasartırma təlimində təlimçi tərəfindən İşgəncənin və digər formada pis rəftarın qadağan edilməsi insan hüquqlarının beynəlxalq müdafiə sistemində yeri, işgəncənin qadağan olunmasının xüsusi əhəmiyyəti, işgəncənin və digər formada pis rəftarın qarşısının alınması üzrə əlavə öhdəliklər, işgəncələrə və qeyri insanı rəftar üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi, yeri qanunvericilik və s. məsələlər barədə müzakirələr aparılmışdır.
 
Təlimdə 38 vəkil iştirak etmişdir.