100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ölkəmizdə səfərdə olan Avropa Şurasının nümayəndə heyəti ilə Vəkillər Kollegiyasında görüş keçirilib

19 October 2022    1238 share share

Ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının Məhkəmə qərarlarının icrası departamentinin bölmə rəhbəri Pavlo Puşkarın başçılıq etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşdür.
 
Görüşdə Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlamış, son dövrlər Avropa Şurası ilə Kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun Kollegiya üçün əhəmiyyətindən bəhs etmişdir.
 
Daha sonra, Kollegiyanın Aparat rəhbəri Bayram Orucov qanunvericilik bazasının təkmilləşdirilməsi də daxil olmaqla, ötən müddət ərzində həyata keçirilən islahatları qonaqların diqqətinə çatdırıb.
 
İlk olaraq, B.Orucov prosessual məcəllələrə və digər qanunvericilik aktlarına əlavə və dəyişiklərdən və Qanun layihəmizdəki təkliflərdən bəhs etmiş, həmçinin, Vəkillərin İntizam Komissiyasının fəaliyyətinin “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi”nə uyğun təşkil olunmasını bildirmiş, aktual mövzular üzrə hazırlanmış tədris proqramları barədə məlumat vermiş, sonra, Kollegiyanın digər sahələrdəki fəaliyyətindən danışmışdır.
 
Bundan sonra, ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Puşkar son illərdə görülən işləri müsbət qiymətləndirərək, Kollegiyanın insan hüquq və azadlıqlarının qorunmasındakı yerinin müstəsna əhəmiyyətini vurğulamış, hər iki qurum arasında gələcəkdə də əlaqələrin genişləndirilməsi barədə müsbət fikirlərini bölüşmüş, Avropa Məhkəməsi qərarlarının icrası, presedent hüququnun milli məhkəmələrdə tətbiqi, bununla əlaqədar yaranan məsələlər barədə faydalı fikir mübadiləsi aparılmışdır.
 
Sonra, nümayəndə heyəti tərəfindən ünvanlanan suallar cavablandırılmış və əlavə olaraq, tədris proqramları da daxil olmaqla, Avropa Şurasının fəaliyyət planında daha çox nəzərə alınmalı olduğu, ehtiyac duyulan, gücü və nüfuzlu vəkillik üçün zəruri hesab edilən xüsusatlar qonaqların diqqətinə çatdırmışdır.
 
Görüşdə, həmçinin, departamentin sektor müdiri Yasemin Çağ, əməkdaşları Kamran İsayev və Musa Həsənov, Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova da iştirak etmişlər.