100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların icrası vəziyyətinin öyrənilməsi üzrə" Ümumrespublika Müşavirəsi keçirilmişdir

25 October 2022    1125 share share

24.10.2022-ci il tarixdə “Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların icrası vəziyyətinin öyrənilməsi üzrə monitorinq hesabatı” mövzusunda geniş tərkibdə “Badamdar Estate” mehmanxanasında Ümumrespublika Müşavirəsi keçirilmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyasının üzvlərinin, 100-dən çox vəkil bürosu və fərdi vəkillərin iştirak etdiyi Müşavirədə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən hüquqi yardım işi ilə bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunmuşdur.
 
Müşavirəni giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilmişdir. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir.
 
Sonra Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov və Mərkəzin təlimçisi Anar Əsədov dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi ilə bağlı çıxış etmişlər.
 
Daha sonra Mərkəzin direktor müavini müavini Afət Qazıyeva çıxış edərək bildirmişdir ki, dövlət hesabına göstərilən  hüquqi yardımla bağlı qərarların icrası vəziyyətinin öyrənilməsi üzrə Monitorinqin aparılması  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dəyərli və  davamlı  dəstəyi  sayəsində mümkün olmuşdur.
 
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 23 fevral 2022-ci il tarixli  03 saylı qərarına əsasən dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların icrası vəziyyətinin öyrənilməsi məqsədilə minitorinq qrupu yaradılmışdır. Bugünkü tədbir də məhz buna həsr olunmuşdur.
 
O, monitorinq qrupuna 4 vəkilin - Arbitrum” Vəkil Bürosunun vəkili Mehdiyev Polad Aley oğlu, “Kredo” Vəkil Bürosunun vəkili müdiri Elvin Səlimov, Bakı şəhəri 34 saylı Vəkil Bürosunun müdiri Könül İsgəndərli və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Afət Qaziyevanın daxil edildiyini qeyd etmişdir.
 
Daha sonra Afət Qazıyev 2022-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verərək bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırmışdır.
 
Sonda məsələ ətrafında geniş müzakirələr aparılmış, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunmuş və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər verilmişdir.