100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Baş Prokurorluqda Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçirilmişdir

16 November 2022    967 share share

Baş Prokurorluqda Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçirilmişdir.
 
Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmüşdür.
 
Rəyasət Heyətinin sədrini və üzvlərini səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər məlumat vermişdir.
 
Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd etmişdir.
 
Görüşə görə minnətdarlığını bildirən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar münasibətlərin vacibliyini bildirmişdir.
 
Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.







​​​​​​​