Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti onlayn ixtisasartırma təlimləri keçirilmişdir.
Keçirilən təlimlərdən ilki 02 noyabr 2022-ci il tarixində “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusu üzrə keçirilmişdir. Təlimdə təlimçi qismində Vəkillər Kollegiyası Rəyasət Heyətiniz üzvü Lalə Nağıyeva iştirak etmişdir.
Növbəti ixtisasartırma təlimi isə 04 noyabr 2022-ci il tarixində “Vergi Mübahisələri” mövzusuna həsr olunmuşdur. Təlimdə təlimçi kimi Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev çıxış etmişdir.
İxtisasartırma təlimlərinin növbətisi 10 noyabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov tərəfindən “Azərbaycanda vərəsəlik hüququnda ölümlə bağlı sərəncamların etibarsızlığı” mövzusu üzrə keçirilmişdir.
Sonuncu ixtisasartırma təlimi isə 23 noyabr 2022-ci il tarixində “Əmək pensiyasının hüquqi problemləri” mövzusu üzrə keçirilmişdir. Təlimdə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev təlimçi qismində iştirak etmişdir.
Qeyd etmək istərdik ki, təlimlərdə ümumilikdə 125 vəkil iştirak etmişdir.