100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Avropa İnsan Hüquqları Konvensiyasının 3,4 və 5-ci maddələri üzrə Təlimçilər üçün Təlimlər Yekunlaşıb

10 May 2023    805 share share

Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində  Avropa Konvensiyasının (İHAK-ın) 3, 5 və 6-cı maddələrinə dair 3 günlük təlimlər 5 may 2023-cü il tarixində başa çatmışdır.

Təcrübəli moderatorlar İvana Roaqna və Günel Sevdimalıyeva təlimçilərlə İHAK-ın 3-cü və 6-cı maddələri ilə bağlı praktik kazus və testlər üzərində iş aparmış, gündəlikdə duran əsas məsələlərə təfsilatlı izahlar vermiş, həmçinin, təlimin metodologiyasını şərh etmişlər.

Təlimlər Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi,  Hüquq və İnsan haqları İnstitutu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Təlimdə Avropa Şurasının Bakı Ofisinin nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Hüquqi Ekspertiza və Qanunvericilik  Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan haqları İnstitutunun əməkdaşlarından ibarət olmaqla, ümumilikdə 27 nəfər iştirak etmişdir.

Təlimin sonunda təlimdə iştirak etmiş şəxslərə sertifikat təqdim edilmişdir.