Məlum olduğu kimi Vəkillər Kollegiyası tərəfindən 28.03.2023-cü il tarixdə Lənkəran şəhərində regional vəkil qurumunun fəaliyyəti üçün nəzərdə tutulan inzibati binanın tikintisi işlərinin satınalınması ilə bağlı açıq tender elan edilmişdir.
Həmin tender elanı Vəkillər Kollegiyasının rəsmi saytı olan https://barassociation.az/news/1055 internet səhifəsində və tender.az internet səhifəsində (https://tender.az/orders/lenkeran-seherinde-vekil-qurumu-uecuen-inzibati-binanin-tikintisi-isleri-1207.html) yerləşdirilmişdir.
Ümumilikdə, həmin tender elanına 1097 baxış (794 baxış Vəkillər Kollegiyasının rəsmi saytı və 303 baxış isə tender.az saytı vasitəsilə) həyata keçirilmişdir. Cəmi 3 iddiaçı şirkət tərəfindən tender təklifləri rəsmi qaydada Vəkillər Kollegiyasına qapalı şərflərdə, möhürlənmiş şəkildə təqdim olunmuşdur.
Daha sonra Tender Komissiyası tərəfindən həmin tender üzrə təkliflər təqdim etmiş şirkətlərin (iddiaçıların) nümayəndələrinin iştirakı ilə qapalı zərflər açılmışdır.
Bütün tender təklifləri və təqdim olunmuş sənədlər Vəkillər Kollegiyasının Tender Komissiyası tərəfindən ətraflı nəzərdən keçirilmiş və keçirilmiş tenderin nəticəsi olaraq bütün tələblərə (şərtlərə) cavab verməklə tender təkliflərini təqdim etmiş iddiaçı şirkət - “Az Yer İnşaat” MMC tenderin qalibi elan edilimiş və qalib iddiaçı şirkətlə 30.05.2023-cü il tarixdə satınalma müqaviləsi imzalanmışdır.