100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib

22 April 2024    543 share share

Cari ilin aprel ayının 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin açılışında çıxış edən Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov müasir dövrdə bu səpkidə törədilən cinayətlərin təhlükəsizlik dərəcəsinə toxunub, həmin cinayətlərin qarşısının alınmasının labüdlüyünü vurğulayıb.

Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev açılış çıxışında tədbir iştirakçılarını Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq mövcud problemin VK-nın da diqqət mərkəzində olduğunu qeyd edib, Kollegiyanın bu sahədə mühüm fəaliyyət istiqamətlərindən söz açıb. Həmçinin, professor bu qəbildən olan cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, nəticələrini və müasir problemlərini də təhlil edib.

Eyni zamanda, mərasimdə Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərov, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, k.ü.f.d., polis baş leytenantı Fikrət Əliyev, Ədliyyə Nazirliyinin Ekspertiza Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəisi, ədliyyə müşaviri Hümbət Vəliyev və digər qurumların məsul vəzifəli şəxsləri tərəfindən məruzələr səsləndirilib.

Tədbirdə Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Fərid Həsənovla Vüqar Kərimov da iştirak edib. Mərasimin əsas hissəsində Fərid Həsənov “Virtual əmlak və ona qəsdlərlə mübarizənin müasir problemləri” adlı məruzə ilə çıxış edib.