100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası ilə Maliyyə Monitorinqi Xidmətinin birgə növbəti təlimi keçirilib

29 April 2024    494 share share

Cari ilin aprel ayının 26-da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası üzrə tədbirlər planı çərçivəsində Vəkillər Kollegiyası və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Vəkillərin ƏL/TMM sahəsində qanunvericilikdən irəli gələn öhdəlikləri” mövzusunda təlim keçirilib.

Təlimin əvvəlində açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin daima VK-nın diqqət mərkəzində olduğunu qeyd edib, Kollegiyanın bu sahədə həyata keçirdiyi fəaliyyətlərdən söz açıb.

Təlimin əsas hissəsində Maliyyə Monitorinq Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Kifayət Nəsirli və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi Nilufər Abdullayeva tərəfindən məruzələr edilib, bu istiqamətdə vəkillərin hüquq və öhdəlikləri təhlil olunub.

Sonra vəkillərin çoxsaylı sualları cavablandırılıb, kazuslar təhlil edilib.

Təlimdə ümumilikdə 25 vəkil iştirak edib.